“Suriya müharibəsində Bəşər Əsədin günahı yoxdur”

Zərdüşt Əlizadə: “Məsələnin həll edilməməsində əsas məsuliyyət beynəlxalq ictimaiyyətin ortaya qoyduqları fərqli yanaşmalardadır”

Politoloq Zərdüşt Əlizadə ABŞ Prezidenti Barak Obamanın Suriyaya hərbi müdaxilə edəcəkləri barədə açıqlamasına münasibət bildirib. Z.Əlizadə hesab edir ki, ABŞ və Qərbin zəif ölkələrə hərbi müdaxilə etməsi ən adi bir məsələdir. Politoloq qeyd etdi ki, Müttəfiqlər istənilən halda hədəfə aldıqları dövləti müxtəlif yollardan istifadə edib vura bilərlər. Lakin indiki halda ABŞ və Qərb dövlətlərinin Suriyaya hərbi müdaxilə edəcəklərinin o qədər də inandırıcı olmadığını deyən Zərdüşt Əlizadənin sözlərinə görə, hal-hazırda aparılan danışıqlarda əsas məqsəd Bəşər Əsəd rejiminin tərəflərə güzəşt etməsi müzakirə olunur: "Əsədin yola gətirilməsində rol oyanayan əsas variantlardan biri də hərbi müdaxilə hədəsidir". Politoloq "Bəşər Əsədi hakimiyyətlə saxlamaqla məsələnin həllinə nail olmaq mümkündürmü" sualına da cavab verdi. Z.Əlizadə bildirdi ki, Bəşər Əsədin hakimiyyətdə qalması ilə məsələ həll oluna bilməz: "Suriyada geniş islahatların keçirilməsinə ehtiyac var. Ölkəyə iqtisadi yardımların edilməsi də vacibdir. Çünki hələ də davam edən vətəndaş müharibəsi Suriyanın bütün infratrukturnun darmadağın edib. Suriyada baş verən hadisələrdə əsas məsuliyyəti nə Əsəd, nə müxalifət, nə radikal qruplaşmaların üzərinə düşür. Məsələnin həll edilməməsində əsas məsuliyyət beynəlxalq ictimaiyyətin ortaya qoyduqları fərqli yanaşmalardadır. Əgər tərəflər konkret olaraq ortaya obyektiv mövqe qoysalar Bəşər Əsəd hakimiyyətdən öz istəyilə gedəcək. Lakin tərəflərin zəmanəti olmalıdır ki, Suriyada formalaşdırılacaq yeni hökumət orta əsrlər mürtəce rejimlər kimi olmayacaq. Çünki Suriya dünyəvi və açıq fikirli insanların ölkəsi olub". ("OLAYLA"R İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00