“Avropa Parlamentində Azərbaycandakı prezident seçkisi ilə bağlı heç bir müzakirə planlaşdırılmayıb”

"Avropa Parlamentində Azərbaycanda 2013-cü ildə keçirilmiş prezident seçkiləri ilə bağlı  müzakirələr planlaşdırılmır. Avropa Parlamentinin seçkilərlə bağlı müşahidə missiyası işini bitirb". Bu sözləri Brüsseldə olan Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Avronestin Enerji Komitəsinin sədri Fuad Muradov Avropa Parlamentinin ölkəmizdəki seçkilərlə bağlı loyal mövqeyinə görə öz deputatlarını cəzalandırması barədə yayılan məlumatı şərh edərkən bildirib. Deputatın sözlərinə görə, Avropa Parlamentində prezident seçkilərini müşahidə üçün rəsmi olaraq göndərilmiş deputatlarla bağlı hər hansı töhmət və cəza verilməsi faktı olmayıb. "Məlumatda adları  çəkilən Avropa parlamentinin deputatları ilə  bağlı heç bir müzakirə planlaşdırılımır və belə bir müzakirə olmayıb." -deyə F.Muradov vurğulayıb.

Deputat qeyd edib ki, hətta əgər hər hansı bir müzakirə olsa belə bu Avropa Parlamenti tərəfindən Azərbyacanda keçirilmiş seçkiləri müşahidə etmək üçün göndərilmiş rəsmi göndərilən Avropa parlamentinin müşahidəçilərinə aid edilə bilməz.  "Hətta belə məsələ müzakirə olunsa belə bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Məşvərət Komitəsi ancaq Avropa Parlamenti üzvü olan deputatların öz fəaliyyəti ilə bağlı araşdırma apara bilər".  Belə məlumatların yayılmasında xüsusi qrupların əli olduğunu deyən F. Muradov qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti bəzi dairələri qane etmir. "Azərbaycan dövləti bu gün müstəqil siyasət yeridir. Bəzi dairələr isə bununla barışa bilmirlər. Nəticədə belə yalançı məlumatlar dövriyyəyə buraxılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00