Türkiyədə 7 Azərbaycan vətəndaşı saxlanıldı

İğdırda saxlanılan Azərbaycan vətəndaşlarından biri həbs edilib, digər 6-sı isə ölkədən çıxarmaları üçün bölgə Ədliyyə Nazirliyinin Xarici Vətəndaşlarla İş üzrə Bölməsinə təhvil veriliblər

Türkiyəyə qanunsuz yolla keçməyə çalışan 7 Azərbaycan vətəndaşı saxlanılıb.  Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə polisinin İğdırda qaçaq yolla Türkiyyə yə getmək istəyənlərə qarşı apardığı əməliyyatlar nəticəsində 7 Azərbaycan vətəndaşı saxlanılıb.   Polis saxlanılanlaran adı açıqlanmayan bir Azərbaycan vətəndaşını sorğu-sual etdikdən sonra həbs edib. Digər saxlanılan şəxslər isə ölkədən çıxarmaları üçün bölgə Ədliyyə Nazirliyinin Xarici Vətəndaşlarla İş üzrə Bölməsinə təhvil veriliblər. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00