Azərbaycan və Gürcüstan prezidentləri bəyanat verdilər

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanda rəsmi səfərdəfir

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd edək ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycanda rəsmi səfərdəfir. Xatırladaq ki, Gürcüstan prezidenti Azərbaycanın baş naziri Artur Rəsi-zadəylə və Azərbaycan parlamentinin sədri Oktay Əsədovla görüşəcək. Qiorqi Marqvelaşvili 13 fevralda Qax-a baş çəkəcək. Onun burda etnik gürcü əhalisiylə görüşü planlaşdırılır.
Qeyd edək ki, Azərbaycana səfər edəcək gürcü nümayəndə heyətinin tərkibinə parlament üzvləri, Təhlükəsizlik Şurasının katibi, prezident administrasiyasının müdiri və xarici əlaqələr üzrə prezidentin katibi daxildir. Nümayəndə heyətinin rəsmi səfəri 13 fevralda başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00