Möhsün Pak Ayin: "İrandakı təhsil müəssisələrində Azərbaycan dili tədris olunur"

"İrandakı təhsil müəssisələrində Azərbaycan dili tədris olunur".  Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib. Səfir qeyd edib ki, İrandakı təhsil müəssiələrində etnik dillərdə , o cümlədən Azərbaycan dilində tədris aparılır: "Mən İrandakı təhsil müəssisələrini nəzərdə tuturam. Sırf orta məktəb demək istəmirəm. Bizim dövlət dilimiz fars dilidir və fars dilində də tədris aparılır. Lakin etnik xalqların dilləri də əlavə dil olaraq İranda tədris olunur.

Onun sözlərinə görə, prezident Həsən Ruhaninin siyasəti də ondan ibarətdir ki, etnik xalqların mədəniyyəti inkişaf etsin: "Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq". ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00