Novruz Məmmədovdan Qərbə daha bir ittiham

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qərbi başqa sivilizasiya və mədəniyyətləri nəzərə almamaqda ittiham edib. "OLAYLAR"ın verdiyi məlumata görə, PA rəsmisi bu barədə öz tvitter hesabında yazıb. Dövlət rəsmisi öz mesajını bu cür çatdırıb: "Qərbin böyük səhvi bir də odur ki, başqa sivilizasiya və mədəniyyətləri nəzərə almır"

Məlumat üçün qeyd edək ki, Novruz Məmmədov bir neçə gün əvvəl Qərbi öz dəyərlərini qəbul etdirməyə çalışmaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00