Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü oldu

Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. AzərTAc

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00