BDM Gürcüstanda konfrans keçirəcək
11 Fevral 2014 16:53 SiyasətGürcüstanda Qafqaz regionunun etnik, milli və ərazi problemlərinə həsr olunmuş konfrans təşkil olunacaq. Beynəlxalq Diaspora Mərkəzindən "OLAYLAR"-a daxil olan məlumata görə, mart ayının 27-də keçirilməsi nəzərdə tutulan konfrans BDM-in Gürcüstan nümayəndəliyi, Gürcüstan Azərbaycanlılarının İcması və Dünya Azərbaycanlıları Konqrsinin birgə təşkilaçılığı ilə keçiriləcək. Konfransda iştirak etmək üçün Azərbaycandan geniş nümayəndə heyəti Gürcüstana gedəcək. Konfrans Gürcüstanın Parlament Kitabxanasında baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00