“Fuad Qəhrəmanlı 1 000 000 il yaşasa da sədrini tanımayacaq”

Elman Türkoğlu: “... sədr müavinindən soruşmaq lazımdır ki, Milli Şurada əsas aparıcı qüvvə hansı partiyadır?”

KXCP üzvü Elman Türkoğlu AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "Milli Şura varkən müxalifətin yeni koalisiyaya ehtiyacı yoxdur" fikirlərinə münasibət bildirib. E.Türkoğlu F.Qəhrəmanlının açıqlamasını "gülməli" adlandırıb: Bu adam deyir ki, müxalifətin əsas qüvvələri Milli Şurada birləşib və yeni koalisiyanın yaradılmasına ehtiyac yoxdur. F.Qəhrəmanlı "müxalifətin əsas qüvvələri Milli Şurada birləşib" deməklə əndazəsini aşıb. F.Qəhrəmanlıdan soruşmaq lazımdır ki, Milli Şurada əsas aparıcı qüvvə hansı partiyadır? Əgər F.Qəhrəmanlı "Yurd"u və onun sədri Əli Kərimlini deyirsə, demək ki, o, yatır. Ayılmayıb. F.Qəhrəmanlı bundan sonra milyon il yaşsa da Əli Kərimlinin kim olduğunu bilməyəcək. Mən isə bilirəm". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00