“Euronews” kanalında Azərbaycanla bağlı süjet yayımlanıb
11 Fevral 2014 14:34 SiyasətDünyanın nüfuzlu "Euronews" televiziya kanalında Bakıda, Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və "Baku" jurnalının birgə təşkilatçılığı ilə açılmış "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi haqqında süjet yayımlanıb. "OLAYLAR"-ın Heydər Əliyev Fonduna istinadən verdiyi xəbərə görə, süjetdə sərgi haqda ətraflı məlumat verilib, orada olduqca maraqlı əsərlərin nümayiş olunduğu vurğulanıb, bu əsərlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, layihənin ideya müəllifi Leyla Əliyevanın əsərlərinin də böyük maraqla qarşılandığı qeyd olunub. Süjetdə sərginin ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açıldığı, daha sonra iki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edildiyi vurğulanıb.