“Əli Kərimlinin xaricdən maliyyə alması həqiqətə oxşayır” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Vaxtilə AXCP-də baş verən proseslərin eynisi Milli Şura daxilində təkrarlanır”

"Əli Kərimlinin Milli Şuranın dağılmasında, daha doğrusu özləlləşdirilməsində rolu böyükdür. Dağıtmaq AXCP sədrinin ənənəsinə xas olan xüsusiyyətdir" - BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli Milli Şuranın dağılmasında AXCP sədri Əli Kərimlinin əli olması məsələsinə münasibət bildirərkən belə deyib. E.Mirzəbəyli qeyd edib ki, Əli Kərimli vaxtilə AXCP-ın parçalanmasında rol oynayıb. BAXCP rəsmisi hesab edir ki, Ə.Kərimlinin yürütdüyü siyasətin son nəticəsində təşkilat bir neçə yerə ayrıldı. AXCP sədrinin təşkilatçılığı ilə Milli Şura daxilində də eyni prosesin baş verdiyini deyən E.Mirzəbəylinin sözlərinə görə, həmin Əli Kərimlinin səyləri nəticəsində Xalq Cəbhəsinin quru adından başqa heç nə qalmadı: "Milli Şurada da artıq ciddi bir qüvvə qalmayıb. Əli Kərimli sadəcə qurumun adına sahib olmaq niyyətindədir. Ümumilikdə isə Milli Şura adlı birlik faktiki olaraq iflasa uğrayıb. Layihə xarici qüvvələr tərəfindən Azərbaycanda həyata keçirilirdi. Lakin effektiv nəticə vermədi. Seçki müddətində dağılmağa başladı. Ona görə də Əli Kərimlinin qurumda fundamanetal rolunun olmasını demək də çətindir. Təbii ki, AXCP bütün bunlara baxmayaraq təşkilata tərktərəfli şəkildə yiyələnmək istəyir. Bu isə son nəticədə Milli Şuranın dağılmasını sürətləndirir". Elçin Mirzəbəyli politoloq Leyla Əliyevanın Əli Kərimlini kənardan aldığı maliyyə vəsaitilə Milli Şuraya gəlir mənbəyi kimi baxması iddiasında da toxunub. E.Mirzəbəyli hesab edir ki, Leyla xanım Milli Şurada təmsil olunduğu üçün qurum daxilində baş verən prosesləri çox yaxşı bilir: "Əli Kərimlinin müxtəlif qurum və QHT-lərdən istifadə edərək xaricdən maliyyələşməsi həqiqətəuyğun iddiadır. Daha doğrusu həqiqətə oxşayır" - BAXCP rəsmisi deyib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00