Türkiyə mətbuatı Qarabağla bağlı Ermənistanın yerini göstərdi

"Ermənistan işğalçılıqdan əl çəksin, sərhədləri açaq”

Türkiyənin Şərq sərhədləri minalardan təmizlənir. Minadan təmizlənəcək Ermənistan və İran sərhədlərində müasir sərhəd nəzarət sistemi qurulacaq. Layihə xərcinin 75%-ni Avropa İttifaqı öz üzərinə götürüb. "Axşam" qəzetinin verdiyi məlumata görə, təmizləmə əməliyyatları Baş Qərargah və Daxili İşlər Nazirliyinin koordinasiyası altına keçirilir. DİN-dən bildirilib ki, müasir sistemin qurulması sərhəd pozucularının operativ şəkildə saxlanılmasına və sərhədboyu zolağa nəzarətə xidmət edəcək. Layihə iki mərhələdə həyata keçiriləcək. Əvvəlcə Ermənistan və İran sərhədlərindəki 11 665 641 kvadrat metrlik sahə minadan təmizlənəcək. Daha sonra sistem quraşdırılacaq. Qəzet yazır: "Mina təmizlənməsinə paralel olaraq Türkiyənin Ermənistanla sərhədi açması müzakirə olunan əsas mövzudur. Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana geri qaytarılması şərtilə Türkiyə Ermənistana öz sərhədlərini açacaq. Dağlıq Qarabağ probleminin həll edilməsi Türkiyə-Ermənistan əlaqələrinin bərpa olunmasına təkan verəcək". Qeyd edək ki, erməni politoloqlar mina təmizləmə əməliyyatını Türkiyə-Ermənistan sərhədlərinin açılması kimi qiymətləndiriblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00