YAP Gənclər Birliyi Milli Orduya yardım kampaniyasına başladı

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Milli Orduya maddi yardım kampaniyasına start verib. "OLAYLAR"-ın xəbərinə görə, Gənclər Birliyi Milli Orduya yardım kampaniyasının daha çox mənəvi mahiyyət kəsb etdiyini vurğulayaraq, hər bir gəncin bu çağırışa qoşulması üçün Azərbaycan gənclərinə müraciət yayıb. Müraciətdə qeyd olunur ki,  ön cəbhədə düşmənlə üz-üzə Vətənə xidmət edən Azərbaycan əsgəri, sərhədlərimizin keşikçiləri arxa cəbhədən və ən böyük arxa cəbhə olan xalqın onlara dəstəyindən əmin olduqda daha cəsarətli olurlar. Bizlər, xüsusən gənclər bu dəstəyi heç zaman əsgərlərimizdən əsirgəməməliyik. Həm mənəvi, həm də simvolik də olsa maddi dəstəyimizlə daima ordumuzun yanında olduğumuzu, onların ən yaxın silahdaşları olduğumuzu hər an aşkarca nümayiş etdirməliyik. YAP GB - nin müraciətində Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri də qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00