Baş nazirin müavini Çin nümayəndə heyətini qəbul edib

Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Linin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan Əli Əhmədov bu səfərin YAP ilə ÇKP arasında əməkdaşlığın inkişafına töhvə verəcəyini bildirib. O, Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əlaqələrin inkişafının əsas istiqamətlərdən biri olduğunu deyib. Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq Departamentinin nazir müavini Çjoy Li Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Çin ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Çjoy Li bu əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00