“Amerikalı həmsədr Ermənistana simpatiyasını gizlətmir” - AÇIQLAMA

Akif Nağı: “Həmsədrlərdən obyektiv mövqe gözləmək lazım deyil”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik qış Olimpiya oyunlarının keçirildiyi günlərdə Ermənistan-Azərbaycan təmas xəttində atəşkəsin pozulmasına etirazını bildirib. Uorlik yalnız  "qoşunların təmas xəttində azərbaycanlı əsgərin ölümü ilə bağlı mətbuatda məlumat var, Olimpiya barışığı budurmu?" deməklə kifayətlənib. Halbuki, erməni əsgər ölərkən məyusluğunu gizlətməyən C.Uorlik erməni xalqına başsağlığı vermişdi. Məsələyə münasibət bildirən QAT sədri Akif Nağı bildirdi ki, ATƏT-in Minsk Qrupunun həmsdərləri yavaş-yavaş iç üzlərini açırlar. A.Nağı qeyd etdi ki, Ceyms Uorlik də son zamanlarda yalnız "Tvitter" və "Facebook" vasitəsilə fəallığını gəstərməyə çalışır. QAT sədri hesab edir ki, amerikalı həmsədr hər şeyə münasibət bildirərək, Azərbaycanı mövqeyindən geri çəkindirməyə səy göstərir. Digər amerikalı həmsdərlər kimi C.Uorlikin də ermənipərəst olduğunu deyən Akif Nağının sözlərinə görə, Uorlik Minsk Qrupu vasitəsilə ABŞ-ın siyasətini yeridir: "Həmişə rusiyalı və amerikalılar həmsədrlikdən uzaqlaşan kimi əsil simalarını nümyiş etdiriblər. Sonda məlum olur ki, həmsədrlər əslində erməni lobbisi və diasporasına ciddi bağlılıqları var. Minsk Qrupu erməni lobbisi və diasporasının maraqlarını həyata keçirirlər. C.Uorlik də Ermənistana olan simpatiyasını gizlətmir. Müəyyən məqamlar yaranan kimi xislətini büruzə verir. Minsk Qrupu üçün əsas Ermənistanın itkisidir, Azərbaycan isə onlar üçün maraqlı deyil. Azərbaycan həmsədrlərin yanaşmalarından nəticə çıxarmalıdır. C.Uorlik Amerika siyasətinin Dağlıq Qarabağla bağlı mövqeyinin göstəricisidir. Həmsədrlərin bu çərçivədə obyektiv nəticə ortaya qoyacağını gözləmək lazım deyil". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00