“KXCP təcili Milli Şuradan çıxmalıdır” - Elman Türkoğlu
“Qurum Əli Kərimli və adamları tərəfindən ələ keçirilib”
10 Fevral 2014 14:57 SiyasətKXCP üzvü Elman Türkoğlu partiyasının AXCP ilə birləşməsinin qeyri-mümkün olduğunu bildirib. E.Türkoğlu qeyd edib ki, KXCP heç vaxt Əbülfəz Elçibəyə xəyanət etmiş Əli Kərimlinin AXCP-si ilə birləşməyəcək: "Nə qədər ki, mən KXCP-də varam, AXCP ilə birləşmədən söhbət gedə bilməz. Mən öz sözümün üstündə yenə dayanıb deyirəm, KXCP təcili olaraq Milli Şuradan getməlidir. Çünki Əli Kərimli və adamları qurumu ələ keçiriblər". ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00