SAM BMT-nin sessiyasına qatılacaq
10 Fevral 2014 12:06 SiyasətCenevrədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Ticarətlə bağlı 6-cı, İqtisadi Əməkdaşlıq və İnteqrasiya üzrə isə 8-ci sessiyası keçiriləcək. "OLAYLAR"-ın Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiuyi xəbərə görə, fevralın 14-dək davam edəcək sessiyada SAM-ın elmi işçisi Mahir Hümbətov da iştirak edəcək. Mahir Hümbətov Qafqaz, Balkan və Mərkəzi Asiya ölkələri arası diskussiya sessiyasında "Dövlət-Özəl Əməkdaşlığı" mövzusunda məruzə ilə çıxış edəcək və iqtisadi inteqrasiya, beynəlxalq ticarət, özəl sektorun inkişafı, elektron ticarət, iqtisadi əməkdaşlıq, innovasiya qabiliyyəti, keçid iqtisadiyyatı, ətraf mühit və s. kimi digər bölümlərdə müzakirələrə qatılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00