Əli Hüseynli Estoniyaya səfər edəcək

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli fevralın 10-da Tallinə səfər edəcək. Bu barədə MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, səfər zamanı komitə sədri Estoniya qanunvericilik orqanının fəaliyyəti ilə tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə tərəflər parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi ilə bağlı fikirlərini bölüşəcəklər. Səfər fevralın 12-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00