Yaqub Mahmudovu müdafiə türklüyü müdafiədir
10 Fevral 2014 11:30 SiyasətBu gün Fəridə Məmmədovanın fəaliyyətində nə dayanır? İstərdim ki, bu məsələyə bir qədər dərindən açıqlama gətirim.
Dostlarım! Sirdaşlarım! Tələbələrim! Əqidədaşlarım! Türk dünyasının oğlan və qızları! Bu bir milli mücadilədir. Azərbaycan tarix elmində gedən mücadilə.... Bu gün Tarix İnstitutunda Türk mərkəzçilik konsepsiyası işləyir. Biz heç bir xalqa qarşı çıxmırıq. Çünki Türklük məfkurədir. Çoxlu sayda qeyri-türklər sayarıq ki, bu məfkurənin ideologiyaya çevrilməsində əvəzsiz xidmət göstəriblər. Türklük bütün xalqlara hörmət deməkdir. Azərbaycanda Türklük həmişə bu amala xidmət edib. Biz bu gün Türkün tarixini obyektiv yazmaqla digər xalqların da tarixini yazmış oluruq. Biz Türklər bu arealın daimi sakinləri olmuşuq. Bu arealdan ətrafa yayılmışıq. Türk həmişə bu arealın aborgenləri olub. Digər xalqlara da hörmətlə yanaşıb. Biz bunu ortaya qoyuruq. Biz Türkün tarixini türkə qaytarırıq. Bunu istəməyənlər xaricdə də, daxildə də çoxdur. Bu gün mənim Yaqub Mahmudlunu müdafiəmin önündə bu dayanır. Yaqub Mahmudlu sinəsini qabağa verib bu işləri bizə gördürür. Bu gün Tarix İnstitutu elmi meydana çevrilib. Azərbaycanın qədim şəhərlərinin tarixi tədqiq olunub. Bu günlərdə Elamla bağlı müdafiə uğurla keçdi. Qədim və Orta Əsrlər, Yeni və Ən Yeni tarix yeni konsepsiya əsasında tədqiq olunur. Bu gün fəxlə deyə builərik ki, Tarix İnstitunda müdafiə olunan dissertasiyalarda Türkün buranın daimi sakinləri olduğu əsaslandırılır.
Fəridə məsələsi elə-belə ortalığa atılmayıb. Aldığım informasiyaya görə, bunu ortalığa atanlar yenidən Azərbaycan tarixini İqrar Əliyev dövrünə qaytarmağa çalışırlar. Bu təhlükəli bir məqsəddir. Bu gün Azərbaycan əslində Tükün, Türk elminin ən böyük və mühasirədə olan qalasına çevrilib. Azərbaycanda Türk sistemini sıradan çıxarmaqla bütün Türk sistemini zərərsizləşdirmək olar. Baxın, bu nə vaxt ortaya atıldı? Ümumtürk tarixi yaratmaqdan ötəri Türk dövlətlərinin alimlərindən ibarət Komissiyanın yaradılmasından sonra. AMEA da institut rəhbərlərinin seçkisi ərəfəsində. Dəyərli alim və Türk tarixçilərinin yenilməz rəhbəri Yaqub Mahmudlunun 75 illiyi ərəfəsində. Bizim əleydarlarımız yaxşı fikirləşib. Türk elmi sistemini məhv etmək üçün Yaqub Mahmudlunu zərərsizləşdirmək lazımdır.
Diqqət edin, nəyə görə F.Məmmədova on il idi susurdu və indi fəaliyyətə keçdi. O Fəridə ki, onun yazdıqları Türk sisteminə qarşıdır. Ermənilərə qarşı mübarizə altında gizlənərək Türk sisteminə zərbələr vurub və vurmaqda davam edir. Onun elmi rəhbəri K.N.Yüzbaşyandır. Opponentləri isə S.T.Yeremyan və VL.Qukasyandır. Elmi rəhbəri erməni olan bu insan bizə öz "sevgisi"ni əsərlərində yaxşı ifadə edib. Çox təəssüf ki, çoxları bilmədən onu müdafiə edir. Onun əsərlərini oxuyun. Kitabın arxasında verdiyi xəritələrə nəzər salın. Onda onu tanıyacaqsınız.
Bəli, bu gün mən Yaqub Mahmudlunu müdafiə edirəm və buna məhkumam. Çünki onu müdafiə etməklə Türklüyü müdafiə edirəm. Onu müdafiə etməklə Türk tarixini müdafiə edirəm. Biz bu tarixə artıq sahib çıxmışiq. Bu yolda heç kəs bizə mane ola bilməz. Çünki HAQQ bizimlədir!
Yəqin ki, bu günlərdə Fəridə Məmmədovanın ANS TV-dəki müsahibəsinə baxdınız. O, Beynəlxalq konfranslarda ermənilərə qarşı mübarizə apardığı, onlara tutarlı cavab verdiyini səsləndirdi. Yaxşı-yaxşı baxın: elmi rəhbəri və opponentləri erməni olan, onların məsləhəti və rəhbərliyi altında çalışaraq dissertasiyasını hazırlayan kəs, onlara qarşı görəsən necə mübarizə apara bilib?
Sizə onun 1971-ci ildə hazırladığı və hazırda AMEA-nın Mərkəzi kitabxanasında saxlanılan Avtoreferatı ilə tanış olmağı məsləhət bilirəm.
Dilavər Əzimli
АР
3879
АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНСКОЙ ССР ИНСТИТУТ ИСТОРИИ
Ф.Дж.МАМЕДОВА
"ИСТОРИЯ АЛБАН" МОВСЭСА КАГАНКАТВАТЦИ КАК ИСТОЧНИК ПО ОБЩЕС ТВЕННОМУ СТРОЮ РАННЕСРЕДНЕВЕ- КОВОЙ АЛБАНИИ
(Специальность - 07.571 История СССР)
АВТОРЕФЕРАТ
Диссертации на соискание ученой степени кандидата исторических наук
Научный руководитель- кандидат исторических наук
К.Н.Юзбашян
Издательство "Элм"
Баку - 1971
Работа выполнена в Институте истории Академии наук Азербайджанской ССР
Решением Ученого совета Института истории АН Азербайджанской ССР официальными оппонентами
назначены:
1. Академик АН Арм.ССР, доктор исторических наук, профессор, Заслуженный деятель науки Арм.ССР, С.Т.ЕРЕМЯН
2. Кандидат филологических наук В.Л.ГУКАСЯН
Защита диссертации состоится ...............1971 г.
Ученом совета Института истории Академии наук Азербайджанской ССР (Баку-73, проспект Нариманова 31).
Автореферат разослан "6 августа 1971 года"
Ученый секретарь Института Истории АН Азерб.ССР, кандидат исто- рических наук Т.Т.Велиев