Prezident İlham Əliyev Soçidə Çex Prezidenti Miloş Zeman ilə görüşüb

Bu gün Prezident İlham Əliyev Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirilib.
Daha sonra görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00