“Minsk qrupu sıradan çıxır” - POLİTOLOQ

Mübariz Əhmədoğlu: “Həmsədrlər öz ölkələrinin maraqlarını ifadə edir”

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu artıq öz fəaliyyətini sadəcə sözdə davam etdirir. Minsk qrupunun həmsdrləri məsələ ilə bağlı dəfələrlə bəyanatlar versələr də verilən bəyanatlar sadəcə kağız üzərində qalır. ABŞ, Rusiya və Fransadan olan həmsədrlərin fəaliyyətindən açıq şəkildə sezilir ki, onlar öz mandatlarına uyğun deyil, dövlət maraqlarından çıxış edirlər. Həmsədrlərin regiona səfəri sanki bir turist səfəridir. Həmsədrlərin regiona sonuncu səfəri zamanı təmas xəttində atəşkəsin yenidən pozulması artıq Minsk qrupunun məsələsinin nizama salınmasında rolunun sıfıra bərarbər olduğunu deməyə əsas verir. Minsk qrupu üçün hansı alternativlər təklif edilər bilər? Hansı variantlar mümkündür? Bu və ya digər suallarla bağlı politoloq Mübariz Əhmədoğlu fikirlərini "OLAYLAR"a bildirib.

Politoloq bildirib ki, "ATƏT-in Minsk qrupu özü-özünü yeyir, sıradan çıxır. Minsk qrupu getdikcə öz fəaliyyətini azaldır və sıradan çıxmağa başlayır".

"Mən düşünürəm ki, Avropa İttifaqı, BMT hökmən yeni bir vasitəçilik mexanizmi üzərində fikirləşməlidirlər. Həmsədrlərin dəyişməsi də heç bir dəyişikliyə gətirib çıxarmayacaq. Çünki həmsədrlər təmsil etdikləri dövlətlərin maraqlarını ifadə edirlər". Həmsədr ölkələrin başqa ölkələrlə əvəz olunması müsbət variantdır. Hətta müəyyən qurumlarla əvəz olunsa daha yaxşı olar. BMT, Avropa İttifaqı Dağlıq Qarabağ probleminin nizama salınmasında bir qurum kimi iştirak edə bilərlər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00