Rusiya modern SSRİ-ni bərpa etmək arzusundadır

"Rusiya uzun müddətdir ki, modern SSRİ-ni bərpa etmək arzusundadır". Belə bir açıqlama ilə "OLAYLAR"-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı çıxış edib. Partiya rəsmisinin sözlərinə görə, elə bu səbədəndir ki, hazırda Ukraynada küçə savaşları gedir: "Rusiya həmişə başqa xalqları idarə etmək arzusunda olub və bu gün də həmin siyasəti davam etdirmək niyyətindədir. Azərbaycanda həmişə Rusiyanın təsirində olan şəxslər olub və bu adamlar həmişə Rusiyadan gələn göstərişlə hərəkət ediblər. Bunu istisna etmirəm. Ancaq bu gün Azərbaycan xalqı çox güçlü və çevikdir. Xalq yaxşı bilir ki, torpaqlarının 20 faizini Rusiya işğal edib. 30 000 insanını qətlə yetirib. İnanıram ki, belə bir təhlükə olarsa, milyonlarla soydaşımız küçələrə çıxıb öz sözünü deyəcək. Neçə ki, bunu 1988-ci ildə etdi"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00