Azərbaycan ordusunun əsgəri şəhid olub
7 Fevral 2014 10:40 SiyasətAzərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Eşqin Quliyev şəhid olub. "Media forum" saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, cəbhə bölgəsində təxribatları davam etdirən erməni silahlı bölmələri fevralın 6-da saat 18:40-da atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Eşqin Firəddin oğlu Quliyev döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə əsgər Eşqin Quliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!