“Qarabağ” blokundan birlik çağırışı
6 Fevral 2014 16:40 Siyasət"Qarabağ" Blokunun növbəti toplantısını keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Ümid Partiyasının qərargahında baş tutan toplantıda regionda və ölkədə baş verən ictimai-siyasi hadisələr, Azərbaycan-Ermənistan cəbhəsində yaranan gərginlik, ölkədəki dini qruplaşmalar ətrafında baş verən hadisələr, bələdiyyə seçkiləri və seçkilərə hazırlıq müzakirə olunub. Bildirilib ki, Azərbaycan-Ermənistan münaqişəsi ətrafında gedən danışıqlar barədə siyasi institutlar məlumatlandırılmalı, mövcud vəziyyət siyasi institutların iştirakı ilə qapalı şəkildə müzakirə olunmalı, Qarabağ münaqişəsinin həlli istiqamətində bütün siyasi qüvvələr birlik və həmrəylik nümayiş etdirməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00