“Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətindən o qədər də razı deyil”
6 Fevral 2014 12:21 Siyasət"ATƏT-in Minsk Qrupun həmsədrlərinin bölgəyə səfər edərək münaqişənin həlli ilə bağlı təkliflər verməsi müsbət haldır. Biz sülhün, danışıqlar prosesinin tərəfdarıyıq. Azərbaycan prezidenti də dəfələrlə vurğulayıb ki, biz Minsk Qrupundan münaqişənin həlli prosesində əməli addımlar gözləyirik". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun fəaliyyətindən o qədər də razı deyil, amma bütün bunlara baxmayaraq biz danışıqlar prosesini tərk etməməliyik: "Hər halda, həmsədrlərin fəallaşmasını müşahidə etməkdəyik və ümidverici bəyanatlar eşitməkdəyik. Güman edirəm ki, aparılan danışıqlar müəyyən nəticə verəcək".