Millət vəkili Karabükun fəxri vətəndaşı oldu
6 Fevral 2014 12:20 SiyasətTürkiyənin böyük bölgələrindən biri olan Karabükun Bələdiyyə Məclisi millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Qənirə Paşayevaya Karabükün fəxri vətəndaşlığının verilməsi barədə qərar qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, Karabük bələdiyyə başqanı Rafet Vergili başkanlığında keçirilən bələdiyyə toplantısında Bələdiyyə məclisinin sədri Rafet Vergili tərəfindən irəli sürülən bu təşəbbüsü qəbul edərək məclisin gündəliyinə salıb. Bələdiyyə sədri tərəfindən irəli sürülən təklifdə və onun çıxışında vurğulanıb ki, Türk Dünyası üçün birlik və bərabərliyimiz üçün çalışan, qardaş iki ölkə arasındakı münasibətlərin inkişafı üçün davamlı çalışmaları, yazdığı kitab və çıxışları ilə Karabükün tanıdılmasına, təbliğinə böyük dəstəklərindən dolayı ona Karabükün Fəxri Vətəndaşı adı verilməsini müsbət addım olardı. Qənirə Paşayevanın Türkiyəni, xüsusilə Karabükü fəxri elçisi olaraq hər zaman tanıtdığını və təbliğ etdiyini vurğulanaraq millət vəkilinin Karabük fəxri vətəndaşı adı ilə təltif edilməsi təklif edilib. Millət vəkili Qənirə Paşayeva özünün Facebook səhifəsində bu qərara görə Karabük bələdiyyəsinə təşəkkür edib.