“Rusiyanın planında müharibə yoxdur” - AÇIQLAMA
Razi Nurullayev: “Sergey Markov Rusiya hakimiyyəti içində müəyyən məlumatlara malikdir”
5 Fevral 2014 17:18 Siyasət"Region Araşdırmalar Mərkəzinin direktoru Razi Nurullayev rusiyalı politoloq Sergey Markov son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı fikirlərinə aydınlıq gətirib. R.Nurullayev hesab edir ki, Sergey Markov Rusiya hakimiyyəti içində müəyyən məlumatlara malikdir: "Çünki Rusiya həmsədr ölkələrdən biridir. Digər bir tərəfdən, dünyada və regionda gedən proseslərə və Azərbaycan-Ermənistan arasında gedən danışıqların axarına baxsaq görərik ki, yaxın zamanlarda müharibənin başlayacağı real görünmür. Çünki həmsədrlər fevralda, ən geci isə martda prezidentlərin görüşünü təşkil etməyə çalışırlar. Başqa bir tərəfdən, hazırda müharibənin başlaması üçün konyuktura yetişməyib. Tərəflərdən heç biri birtərəfli qaydada müharibəyə başlamağa hazır deyil. Ona görə ki, başlayacaq müharibə bir çox region dövlətlərinin maraqlarına toxunacaq". Qeyd edək ki, rusiyalı politoloq Sergey Markov son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginliyi şərh edərək bildirib ki, bu atışmalar heç bir nəticə verməyəcək. Makrov bunu region dövlətlərinin iqtisadi və siyasi maraqlarının buna imkan verməyəcəyini də deyib. ("OLAYLAR" İA)