“Cənab prezident vacib tapşırıqlar verdi”

"Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirildi. Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi öz-özlüyündə rəmzi xarakter daşıyır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev öz facebook səfihəsində qeyd edib. Administrasiya rəhbərinin sözlərinə görə, çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bugünü və gələcək inkişafına həsr olunmuşdu: "Cənab Prezident çıxışında son beş ildə regionlarda görülmüş və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00