Hakim partiyanın intizam komissiyası toplandı

Hakim partiyanın intizam komissiyası toplandı

Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Partiyadaxili inkişaf və intizam komissiyasının ilk iclası keçirilib. "OLAYLAR"-ın məlumatına görə, partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov Komissiyanın 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib. Bildirilib ki, partiyadaxili inkişafın müasir mərhələdə əsas şərtlərindən biri partiyaya qəbulda keyfiyyət göstəricilərinin səviyyəsinin yüksədilməsidir. Onu qeyd olunub ki, komissiya "Partiyadaxili inkişaf və intizam komissiyası"nın iş prinsiplərinə dair Əsasnamə, "Partiya intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları" adlı təlimat işləyib hazırlayır. Sonda "Partiyadaxili inkişaf və intizam komissiyası"nın 2014-cü il üçün iş planı təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00