Səfir: “Azərbaycan İtaliya üçün vacib ölkədir”

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Azərbaycanın İtaliya ilə dostluq və səmərəli əməkdaşlığını qeyd edən nazir ikitərəfli münasibətlərin inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulayıb, 2005-ci ildə Ədliyyə nazirlikləri arasında imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun hüquqi əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirib. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verib, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydasını qeyd edib. Azərbaycanın İtaliya üçün vacib ölkə olduğunu bildirən səfir ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin böyük uğurla davam etdiyini vurğulayıb, respublikamızın gündən-günə dinamik tərəqqisini təqdir edərək hüquqi sahədə əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləmiş, bunun üçün səylərini əsirgəməyəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00