Dini Komitə və BMT-nin Sivilizasiyalar Alyansı arasında Fəaliyyət Planı imzalanacaq
5 Fevral 2014 12:25 SiyasətDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov İstanbulda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdülaziz Al-Nassirlə görüşüb. Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, görüş zamanı iki qurum arasında əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumuna əlavə olaraq Fəaliyyət Planı üzərində razılıq əldə edilib. Sözügedən fəaliyyət planı DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı uyğun prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00