Kanadada Xocalı qurbanları anılıb
4 Fevral 2014 16:13 Siyasət" Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Kanadanın Toronto şəhərində tədbir keçirilib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası (KAEA) və Azərbaycan Respublikasının Kadadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Toronto və Vaterloo Universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də Torontoda yaşayan Azərbaycan icmasının üzvləri də iştirak edib. Tədbir zamanı ilk olaraq Torontonun mərkəzi parklarından biri olan Harbour Square Park-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə əkilmiş ağacın ətrafında toplaşıblar. Həmin ağacın qarşısında bərkidilmiş memorial lövhədə "Xocalı faciəsinin xatirəsinə" sözləri həkk edilib. Kanada-Azərbaycan Tərəfdaşlıq Assosiasiyasının sədri İlham Axundov da Xocalı soyqırımını yad edən abidənin Torontonun mərkəzi parklarından birində yaradılmasını böyük uğur kimi qiymətləndirərək bunu Səfirlik və icmanın apardığı ardıcıl siyasətin nəticəsi olduğunu qeyd edib.