SAM ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul edilib
4 Fevral 2014 15:33 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ATƏT-in Akademik Şəbəkəsinə üzv qəbul olunub. Bu barədə məlumat "OLAYLAR"-a SAM-dan daxil olub. Bildirilib ki, şəbəkəyə ATƏT-ə üzv dövlətlərin aparıcı beyin mərkəzləri və tədqiqat institutlarının üzv ölması nəzərdə tutulur. Hazırda şəbəkə üzvləri sırasında 27 ölkədən 30 beyin mərkəzi təmsil olunur.
Qeyd edək ki, şəbəkə 2013-cü ilin iyun ayında ATƏT tərəfindən Vyanada təşkil edilmiş "Təhlükəsizlik günləri" sammiti çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannierin təşəbbüsü ilə tanınmış beyin mərkəzlərinin görüşündə təsis olunub. Şəbəkənin əsas məqsədi ATƏT qarşısında duran əsas vəzifələr və çağırışlar barədə müzakirələr aparmaq, ATƏT çərçivəsində həyata keçirilən müzakirələri akademik cəhətdən dəstəkləməkdir.