Millət vəkli Qarabağla bağlı dinləmələrin keçirilməsini tələb edir
4 Fevral 2014 13:15 Siyasət"Azərbaycan parlamentində Qarabağla bağlı xüsusi dinləmələrin keçirilməsinə ehtiyac var". Bunu deyən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, belə bir dinləmələrin keçirilməsi olduqca vacib məsələdir: "Azərbaycan parlamentinin üzvləri 17 -yə qədər Avropa ölkəsində Qarabağla bağlı dinləmələr keçiriblər. Çox təssüf ki, Azərbaycan parlamentinin özündə bu istiqamətdə dinləmələr yoxdur. Hesab edirəm ki, belə dinləmələr sadəcə nazirlərdən hesabat almaq kimi başa düşülməməlidir, çünki ortada koordinasiya kimi vacib məsələ var. Həmçinin nəzərə almaq lazımdır ki, bizim nümayəndələr Avropa təsisatlarında çıxış edən zaman Qarabağla bağlı öz ağıllarına gələn prinsiplərdən çızış etmək məcburiyyətində qalırlar. Ona görə, bu məsələlər koordinasiya olunaraq konkret çərçivə müəyyənləşdirilməlidir. Biz bilməliyik ki, nə istəyirik, bu məsələyə yanaşmamız nədən ibarətdir".