Hollandiyada daha bir Azərbaycan təşkilatı yaradıldı
4 Fevral 2014 13:09 SiyasətNiderland Krallığında daha bir Azərbaycan təşkilatı təsis edilib. Təşkilatın sədri Elxan Mirhəşimli "OLAYLAR"-a deyib ki, yeni yaradılan Hollandiya Azərbaycan Evi ölkənin şimal bölgəsində, Frisland və onun ətrafında yaşayan çoxsaylı həmyerlilərimizi özündə birləşdirən bir təşkilat olacaq. Təşkilatın loqosunda Azərbaycan və Niderlandın bayraqları təsvir olunub. Qız qalası loqonun mərkəzində, qlobusun üzərində yer alıb və bununla Azərbaycanın dünyadakı yerinə işarə etməyə çalışılıb. Elxan Mirhəşimli deyib ki, Hollandiya Azərbaycan Evi bu ölkədə yaşayan həmvətənlərimizin hamısının evinə çevrilə biləcək: "Yaxın vaxtlarda Hollandiyada Azərbaycan Evinin rəsmi açlış mərasimi olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00