Türkiyədə Xocalı qurbanları anılacaq

26 fevral-Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə qardaş Türkiyədə də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. "OLAYLAR"-ın xəbərinə görə, belə tədbirlərdən biri İstanbul Türkiyə-Azərbaycan Dərnəyi tərəfindən təşkil olunacaq. Dərnəyin sədri Səfər Karakoyunlunun verdiyi xəbərə görə, bu məqsədlə foto-sərgi və konfrans təşkil olunacaq. Fevralın 23-də keçirilməsi nəzərdə tutulan sərgi və konfrans İstanbuldakı Türkan Saylan Mədəniyyət Mərkəzində baş tutacaq: "Sərgi və konfransda iştirak etmək üçün Azərbaycanda da nümayəndə heyəti qardaş Türkiyəyə səfər edəcək. Konfransda Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, millət vəkili Qənirə Paşayeva, Atilla Kaya, Əli Özgündüz, İbrahim Öztəkin və digər şəxslər məruzə ilə çıxış edəcəklər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00