“Ukrayna Rusiyanın Suriya marağının azaldılması üçün ortaya atılıb” - AÇIQLAMA
Elşən Mustafayev: “Moskva başa düşür ki, Suriyadakı vətəndaş müharibəsi Rusiya və İrana qarşı başladılmış aksiyadır”Elşən Mustafayev: “Moskva başa düşür ki, Suriyadakı vətəndaş müharibəsi Rusiya və İrana qarşı başladılmış aksiyadır”
3 Fevral 2014 16:16 SiyasətAMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Suriya probleminin həll edilməsinə dair keçirilən Cenevrə konfransını əhəmiyyətsiz adlandırıb. E.Mustafayev qeyd edib ki, Suriya probleminin həllinə dair keçirilən Cemevrə konfransının ilk iclasında udan tərəf Bəşər Əsəd rejimidir. Məsələnin Cenevrə formatında həll edilməsinin əsas dəstəkçisi Rusiyadır. AMİP rəsmisi hesab edir ki, Suriyada vətəndaş müharibəsinin uzanması Rusiyanın Qərb və ABŞ qarşısında dirəniş göstərməsi öz rolunu oynayır. Əsədsiz Suriyada Qərb və ABŞ-a meyilli hakimiyyətin qurulmasının inandırıcı olmadığını deyən E.Mustafayevin sözlərinə görə, Rusiya faktoru artıq özünü ciddi şəkildə büruzə verir: "Ukraynada vəziyyətin qarışdırılması Rusiyanın Suriyaya marağının azaldılmasına atılmış addımdır. Cenevrə konfransı sadəcə olaraq Suriyaya hərbi müdaxilənin qarşısını almaq üçün hazırlanmış ssenaridir. Suriyada tərəflər arasında elə bir ciddi gərginlik yaşanır ki, problemin diplomatik yolla həllini mümkünsüzləşdirir. Belə bir görüntünün ortaya çıxmasında maraqlı olan tərəflər var. Ortada Bəşər Əsədin hakimiyyətdən getməsini ciddi cəhdlə istəyən ABŞ və Qərb, həmçinin bu ölkədə özünə meyilli olan hakimiyyətin qurulmasına çalışan Rusiya var. Moskva başa düşür ki, Suriyadakı vətəndaş müharibəsi Rusiya və İrana qarşı başladılmış aksiyadır. İrandakı mövcud rejimin dəyişdirilməsi Qərb və ABŞ-ın gündəmində duran əsas məsələdir. İranda demokratik hakimiyyətin qurulması istiqamətində Qərb dairələri tərəfindən müəyyən planlar qurulur. Suriya isə bu məsələlərdə əsas kilid rolunu oynayır. Cenevrə danışıqları da tərəflər arasındakı əlaqələrin qırılması üçün ortaya atılmış ssenaridir. Bu format heç bir effekt verməyəcək". ("OLAYLAR" İA)