“Azərbaycanda alternativ hərbi xidmət olmalıdır”

Üzeyir Cəfərov: “Bu hərbi xidmət növü hərbi hospital, hər hansı hərbi hissə, arxa cəbhədə də keçirirlə bilər”

"Azərbaycanda alternativ hərbi xidmət olmalıdır. Məsələ ilə əlaqədar qanun qəbul olunsa, bu yaxşı hal sayılardı" - hərbi ekspert Üzeyir Cəfərov "Olaylar"a açıqlamasında belə deyib. Ü.Cəfərovun sözlərinə görə, hər dəfə məsələ gündəmə gətiriləndə bəzi deputatlar iddia edirlər ki, əgər alternativ hərbi zidmət haqqında qanun qəbul olsa, Azərbaycan ordusu tamamilə məhv olacaq. Ü.Cəfərov bunu yalnış yanaşma hesab edir və onunla əlaqələndirir ki, alternativ xidmətdən hər kəs keçə bilməz. Ekspert bildirdi ki, məsələ ilə əlaqədar yaradılmış xüsusi komitə vasitəsilə kimlərin həqiqi, kimlərinsə alternativ hərbi xidmət keçməsi müəyyənləşdirilir: "Qanun qəbul olunandan sonra aidiyyatı üzrə, prosesə uyğun olaraq məsələ həll oluna bilər. Təəssüflər olsun ki, alternativ hərbi xidmətin açılması üçün qanun qəbul edilmir. Müharibə şəraitində olan Azərbaycan üçün alternativ hərbi xidmətin açılması silahlı qüvvələrin inkişafına əngəl olmayacaq. Lakin vəziyyət deməyə əsas verir ki, yaxın gələcəkdə məsələ ilə əlaqədar qanun qəbul ediləcək. Alternativ hərbi xidmət digər xidmət növlərindən daha çətindir. Lakin kənardan baxanda o çox asan görünür. İstər psixoloji, istər mənəvi cəhətdən bu xidmət növünün özünəməxsus çətinlikləri var. Bəzi insanlar isə buna çıxış yolu kimi baxırlar. Onlar istənilən güc strukturlarında alternativ hərbi ximət keçə bilərlər. Həqiq hərbi xidmətdə qulluqçular müəyyən edilmiş nizamnaməyə uyğun davranırlarsa, alternativ hərbi xidmətdə də müəyyən tapşırıqlar üzərində hərəkət edirlər. Xidmət hərbi hospital, hər hansı hərbi hissə, arxa cəbhədə də keçirirlə bilər. Əgər həqiqi hərbi xidmətdə ali təhsillilər üçün 1, orta təhisllilər üçün 1.6 ay hərbi xidmət müəyyənləşdirilibsə, bu alternativ hərbi xidmətdə 2-3 il olacaq. İnsanları seçim qarşısında qoymaq lazımdır ki, həqiqi hərbi xidmətə gedib 1 ildən sonra qayıtmaq istəyirsən, yoxsa ki, 2-3 il ərzində müəyyən bəzi çətinliklərə dözmək? Lakin istənilən halda qanunun qəbul edilməsi yaxşı hal kimi qiymətləndirilərdi".("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00