Oqtay Əsədov: “Suriyaya gedəna azərbaycanlıların hamısı terrorçu deyil..”
3 Fevral 2014 14:39 SiyasətSuriyaya axın edən azərbaycanlı gənclər orada konkret terror dəstələrinin tərkibinə qatılırlar. Bunu deyən deputat Zahid Orucun sözlərinə görə, Suriyaya gedən azərbaycanlılar orada konkret terror ruhunda yetişdirilir və sabah hansısa qüvvələr tərəfindən Azərbaycana qarşı istifadə olunacaq: "Nəzərə alsaq ki ora gedənlərin sayları getdikcə çoxalır, təcili Azərbaycan dövləti hərəkətə keçməlidr. Biz parlament olaraq bununla bağlı qanunvericilikdə dəyişiklik etməliyik və Baş Prokurorluq da buna əsasən cinayət işi qaldırılmalıdır. Humanist və dini baxımdan buna yanaşdıqca qarşısı alınmayacaq. Təcili inzibati tədbirlər görülməlidir. Çünki bu gün Suriyaya döyüşə gedənlər sabah Azərbaycan dövlətçiliyi üçün baş bəlasına çevriləcək". MM-in sədri Oqtay Əsədov da bildirib ki, bu məsələ çox ciddidir amma ora döyüşməyə gedənlərin hamısını terrorçu adlandırmaq olmaz: "Əlbəttə bunun qarşısını almaq lazımdır və bununla bağlı nə lazımdırsa görüləcək. Muzdlu döyüşçülər təhlükəli və çətin məsələdir, bunun qarşısını alınması da çətindir. Amma təhlükəliliyini nəzərə alaraq lazımı addımlar atılacaq. Bizim də üzərimizə nə düşsə edəcəyik".