İrəvan xanlığının tarixi
3 Fevral 2014 14:10 SiyasətAMEA Azərbaycanda Elmi İrsin Toplanması və Sistemləşdirilməsi Elmi Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Zemfira Hacıyevanın "İrəvan xanlığının tarixi" adlı albom-kataloqu çapdan çıxıb. Kataloqun Azərbaycan, rus və ingilis dillərində yazılmış giriş məqaləsində İrəvan xanlığının tarixi öz əksini tapıb. Kataloqda İrəvan xanlığına dair geniş elmi bilgilərlə yanaşı, 133 foto və xəritə də yer alıb. Müəllif giriş məqaləsində qeyd edir ki, orta əsr şəhəri İrəvanın tarixi haqqında ilk məlumatlara məşhur türk səyyahı-coğrafiyaçı Övliya Çələbinin "Səyahətnamə" ("Səyahətlər kitabı") kitabında rast gəlinir. Orada müəllif bu yaşayış məntəqəsinin yaranma tarixini XV əsrin əvvəllərinə aid edib.
Nəşrdə İrəvanın xanlıq dövrünə aid geniş bilgilər verilib. ("OLAYLAR"İA)