Kiyevdə Rəsulzadənin 130 illiyi qeyd olunub

Ukraynanın paytaxtı Kiyevdəki Səməd Vurğun adına kitabxanada Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş Məmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr olunmuş tədbir keçirilib. "OLAYLAR"-ın Azərbaycanın Ukraynadkı səfirliyinə istinadən verdiyi xəbərə görə, səfirlik tərəfindən təşkil edilmiş tədbiri giriş sözü ilə kitabxananın direktoru Qalina Çebotaryova açaraq M.Ə.Rəsulzadənin təkcə Azərbaycan tarixində deyil, bütün türk dünyası tarixində böyük rolunu qeyd edib. Sonra Səfir Eynulla Mədətli çıxış edib, Məmməd Əmin Rəsulzadənin yüksək insani keyfiyyətləri, onun xalqımız qarşısındakı xidmətləri barədə məlumat verib. Kiyev Milli Linqvistika Universiteti nəzdində Azərbaycan dili və ədəbiyyatı mərkəzinin rəhbəri professor Rafiq Novruzov M.Ə.Rəsulzadənin ictimai-siyasi və ədəbi fəaliyyətindən danışıb. Sonda tədbir iştirakçıları Məmməd Əmin Rəsulzadəyə həsr edilmiş kitab sərgisi ilə də tanış olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00