“Həmvətənlərim düşmənin hiyləgər və qəddar olduğunun fərqinə niyə varmırlar ?”

Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin davam etdiyi, erməni diversant qruplarının cəbhə xəttindəki provokasiyaları mütəmadi hal aldığı bir ərəfədə Tovuz xəttindəki Azərbaycan kəndində Ermənistan vətəndaşı Mamikon Xosayan adlı bir nəfərin saxlanılması vəziyyətə yeni bir çalar verib. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin üzvü Aydın Mirzəzadə öz facebook statusunda qeyd edib. Millət vəkili bildirib ki, ancaq bələdçinin 77 yaşında və kasıb, xəstə görünüşünün olması Azərbaycanın bəzi internet istifadəçilərinin ürəyini lap yumşaldıb: "Onlar qocanın fağır və təsadüfüi bir insan olması barədə fikirlər yazmağa başladılar. Onların bu fikirləri qocanın yaşadığı kəndin icra nümayəndəsinin qoca haqqında fikirləri ilə ( " o əqli cəhətcə zəifdir və əlində vedrə üzüm yığmağa gedirmiş") tam üst-üstə düşürdü. Bu azmış kimi qocanı təcili geri qaytarmaq lazım gəldiyini də iddia edənlər tapıldı. Guya onun saxlanılması Azərbaycanın beynəlxalq aləmdə imicinə ciddi ziyan vura bilər. Çox maraqlıdır, görən həmvətənlərim düşmənin hiyləgər və qəddar olduğunun fərqinə niyə varmırlar ? 1988- ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı etdikləri, hiylə və insandan kənar hərəkətləri nə tez yaddan çıxmağa başlayır ?". Millət vəkili vurğulayır ki, ölkənin beynəlxalq aləmdəki imici şübhəli bir qocanın saxlanılması ilə deyil, fəaliyyəti ilə ölçülür: "Real vəziyyət imicimizin isə məhz görülən işlər və beynəlxalq hüquq normalarına riayət etməyimizlə qiymətləndirildiyini göstərir. Qoca, xarici görünüşü ilə bəzilərində ürək ağrıdan sərhəd pozucusunun saxlanılması isə bütün normalara uyğun həyata keçirildiyinin hamı şahidi ola bilir. Əsas məsələ isə bəzi vətəndaşlarımızın bu və ya digər sahənin incəliklərinə bələd olmadıqları halda məsləhət vermələridir. İctimai münasibəti heç kim qadağa edə bilməz. Ancaq hər kəs öz yaxşı bildiyi sahənin işini aparanda nəticə də yaxşı olur".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00