“Rusiyanın SSRİ-yə bənzər layihələri iflasa uğrayır” - AÇIQLAMA

Nurəddin Məmmədli: “Ukrayna xalqının apardığı mübarizə öz bəhrəsini verir”

AXCP sədrinin müavini Nurəddin Məmmədli Ukraynada baş verən hadisələrə münasibət bildirib. N.Məmmədli qeyd edir ki, Ukrayna xalqının apardığı mübarizə öz bəhrəsini verir. AXCP rəsmisinin dediyi sözlərə görə, artıq müqavimətin səmərəsizliyini başa düşən Viktor Yanukoviç Avropa İttifaqı ilə assosiativ sazişin bağlanması üçün danışıqlara başlamağa hazır olduğunu bəyan edib: "Lakin tam qələbəyə köklənməmiş Ukrayna müxalifəti hələlik mövqeyini bildirməyib. İstənilən halda Ukraynanın avropalaşması şəksizdir. Bu vəziyyət Rusiyanın SSRİ-yə bənzər ittifaq yaratmasının mümkünsüzlüyünü reallığa çevirir. Ciddi nəticələr çıxarmağa ehtiyac var". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00