Ermənilərin azərbaycanlılara qarşı terroru
296 şəxs axtarışa verilib
31 Yanvar 2014 15:40 SiyasətXocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Modern. az saytının xəbərinə görə, bunu bu gün Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib. Onun sözlərinə görə, hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00