Rəsulzadə Naxçıvanda da yad edilib
31 Yanvar 2014 15:29 SiyasətYanvarın 31-də Vətəndaş Həmrəyliyi, Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Ümid partiyalarının Naxçıvan Muxtar Respublika Təşkilatlarının birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd olunub. VHP-dən "OLAYLAR"-a daxil olan məlumata görə,
tədbirdə ziyalılar, gənclər və yerli müxalifət fəalları iştirak ediblər. Toplantıda Rəsulzadənin həyat və yaradıcılığı, Azərbaycan Xalq Cümhuriyyəti, Rəsulzadənin mühacirətdəki fəaliyyəti, Rəsulzadənin Azərbaycan milli dövlətçiliyinin təşkilindəki rolu barədə fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00