Azərbaycan ordusu Ermənistanı qorxuya salıb

Erməni politoloq Qaqk Artunyan yerli mətbuata açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin yenidən başlaması mümkünsüzdür. Artunyan qeyd edib ki, Azərbaycanın hərbi texnologiyada əldə etdiyi uğurlar müharibə vəziyyətində Ermənistanın təhlükəsizliyi üçün təhlükədir: "Lakin biz Rusiya faktorunu da nəzərdən qaçırmamalıyıq. Rusiya bu məsələdə Ermənistanın mövqeyindən çıxış edir. Ermənistanın təkbaşına Azərbaycanla müharibə etməsi qeyri-mümkündür. Rusiya həqiqətdə mələk deyil, amma Ermənistanın təhlükəsizliyi üçün əsas faktordur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00