Rusiya Ermənistan və Azərbaycana çağırış etdi
31 Yanvar 2014 13:00 SiyasətRusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycana çağırış edib. XİN-in səsləndirdiyi bəyanatda sərhəd xəttində vəziyyətin stabilləşdirilməsi üçün tədbir görülməsinin vacib olduğu bildirilir. Rəsmi Moskva Ermənistan-Azərbaycan sərhəd xəttində vəziyyətin gərilməsindən narahatdır. Rusiya mətbuatının məlumatına görə, bəyanatda həmçinin qeyd edilir ki, son zamanlarda cəbhə bölgəsində qarşıdurmaların yaşanması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə zərbə vurur. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00