Azərbaycan AŞ-ın daha bir qurumuna üzv seçilib

Strasburqda Avropa Şurasının Gənclərlə İş üzrə Məşvərət Şurasının iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda ölkəmizi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov təmsil edib. Tədbirdə Azərbaycanla yanaşı, bütün Qafqaz və Şərqi Avropa ölkələri adından çıxış edən  Seymur Hüseynov deyib ki, Azərbaycanın Gənclərlə İş üzrə Məşvərət Şurasına üzv seçilməsi ölkədə aparılan gənclər siyasəti üçün yeni qapılar və imkanlar açır.

Qeyd edək ki, iclasın əsas məqsədi Avropa Şurası Məşvərət Şurasının yeni üzvləri ilə tanış olmaq, həmçinin yeni üzvlərə Avropa Şurasının qərarvermə qanunlarını təqdim etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00