“Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixində rolu”

Bu mövzuda konfrans keçiriləcək

Vətəndaş Həmrəyliyi Partiyası da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Bu barədə məlumat "OLAYLAR"-a partiyanın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bu məqsədlə fevralın 4-də Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında "Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixində rolu" mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə Rəsulzadə irsinin araşdırmaçıları, millət vəkilləri və tarixçi alimlər iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00