Konqresmen Robert Aderholt 20 Yanvar Faciəsinin 24-cü ildönümü ilə əlaqədar bəyanat verib
31 Yanvar 2014 12:19 Siyasət29 yanvar 2014-cü il tarixində konqresmen Robert Aderholt ABŞ Konqresində 20 Yanvar Faciəsinin 24-cü ildönümü münasibətilə bəyanat verib. Konqresmen 20 Yanvar hadisələrini Azərbaycan üzərindəki sovet hökmranlığının sonunun başlanğıcı kimi xarakterizə edib, eyni zamanda bu prosesin müstəqil və ABŞ-ın müttəfiqi olan bir dövlətin yaranması ilə nəticələndiyini vurğulayıb. Xatırladaq ki, ABŞ Konqresində Alabama ştatına aid seçki dairəsini təmsil edən konqresmen R. Aderholt ötən ilin dekabrında Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna qoşulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00